ABŞ Dövlət Departamentindən Qarabağla bağlı AÇIQLAMA
Bizi izləyin

Qarabağ

ABŞ Dövlət Departamentindən Qarabağla bağlı AÇIQLAMA

ABŞ Dağlıq Qarabağla bağlı razılaşmanı diqqətə alıb, onun həyata keçirilməsinin təfərrüatlarını gözləyir və zorakılığa son qoyulduğu üçün məmnundur.

Publika.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü RİA Novosti-yə verdiyi açıqlamada deyib.

"Biz Rusiyanın vasitəçiliyi ilə hərbi əməliyyatların dayandırılması barədə razılığa gəlindiyini diqqətə aldıq. Bu yeni müqavilənin formalaşması ilə əlaqədar təfərrüatlar və planların həyata keçirilməsinə dair daha çox məlumat əldə etməkdə maraqlı olacağıq", - deyə Dövlət Departamentinin nümayəndəsi bildirib.

"Şiddətin sonunu görməkdən məmnun qalacağıq, amma hələ atəşkəsin konkret təfərrüatları və sonrakı addımlar barədə şərh verə bilmərik. Tərəflər (münaqişə tərəfləri) yeni razılaşmaları necə qəbul edir, bunu onlardan soruşmalıyıq", - deyə o, əlavə edib.

Dövlət Departamentinin nümayəndəsi ABŞ-ın əvvəlcə təmas xətti boyunca şiddətin artmasını və insan itkisini pislədiyini xatırladıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm