Professor: Azərbaycan Ordusu dünyaya bəyan etdi ki...
Bizi izləyin

Qarabağ

Professor: Azərbaycan Ordusu dünyaya bəyan etdi ki...

Ermənistanın planları hamıya aydın idi. 30 ilə yaxın idi iki, Azərbaycan torpaqlarını işğal etmişdi. Amma danışıqlar prosesi ərzində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi, Dağlıq Qarabağda yeni erməni dövlətinin yaradılması barədə bütün planları alt-üst oldu.

Bu sözləri Publika.az-a açıqlamasında professor Anar İsgəndərov deyib. Tarixçi alim bildirib ki, Qarabağı özlərinin tarixi torpaqları kimi qələmə verən ermənilərin iddiaları iflasa uğradı:

“Azərbaycan son 17 il ərzində ordu quruculuğunu uğurla apardı, iqtisadiyyatını gücləndirdi, dünyanın ən müasir silahlarını aldı, xalq-iqtidar birliyini qura bildi. Beləliklə Azərbaycan əsgəri Ali Baş Komandanın siyasi qərarını qəbul edərək öz torpağı uğrunda zəfər və azadlıq yürüşünə başladı, bu müharibəni uğurla başa çatdırdı və yağı düşməni torpağımızdan qovdu. Azərbaycan Ordusu 30 il ərzində Ermənistanın nazı ilə oynayan, qəddar hərəkətlərinə göz yuman dünyaya bəyan etdi ki, hüququn gücü yox, gücün hüququ var. Son nəticə olaraq Azərbaycan illər boyu həsrətində olduğu torpaqlarını işğaldan azad etdi. Prezident İlham Əliyev göstərdi ki, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm