Politoloq - Türkiyə regionda əsas güclərdən biri kimi çıxış edəcək
Bizi izləyin

Qarabağ

Politoloq - Türkiyə regionda əsas güclərdən biri kimi çıxış edəcək

“Müharibə başlayandan Azərbaycana qarşı kifayət qədər siyasi təzyiqlər oldu. Lakin siyasi təzyiqlərdə Azərbaycanın yanında Türkiyə kimi dövlətin olması çox əlamətdar hadisədir”.

Bu sözləri Publika.az-a açıqlamasında politoloq Zaur Məmmədov deyib. O bildirib ki, Türkiyə geosiyasi güclərin buradakı maraqlarını dəf etdi və onlara bir daha sübut etdi ki, haqqın və ədalətin yanında olmaq lazımdır:

“Azərbaycan və Türkiyə liderlərinin birgə şəkildə apardıqları siyasətin necə uzaqgörən və müdrik olduğunun şahidi olduq. Həm də onun şahidi olduq ki, bu iki dövlət hər zaman xalqın maraqlarını əldə rəhbər tutur və onları reallaşdıra bilir. Artıq bəyanatın əsası kimi Cənubi Qafqazda geosiyasi hərbi balans qurulacaq. Buna qədər regional ölkələrdən Rusiya mühüm rola malik idi, bundan sonra isə Türkiyə də bu regionda əsas güclərdən biri kimi çıxış edəcək.

Azərbaycan-Türkiyə münasibətləri bu gün bölgədəki hərbi nöqteyi-nəzərdən yeni mərhələyə qədəm qoyur. Bu yeni mərhələ ondan ibarətdir ki, artıq Azərbaycan və Türkiyə hərbçiləri regional təhdidə qarşı birgə şəkildə mübarizə aparacaq və onu dəf edəcək”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm