Erməni vəhşiliyi davam edir: EVLƏRƏ OD VURDULAR - VİDEO
Bizi izləyin

Qarabağ

Erməni vəhşiliyi davam edir: EVLƏRƏ OD VURDULAR - VİDEO

Qarabağ müharibəsində uğursuzluğa düçar olan və Azərbaycan Ordusu qarşısında darmadağın olan Ermənistan silahlı qüvvələri Kəlbəcəri tərk etməyə məcbur edilib.

Publika.az xəbər verir ki, ərazini tərk edən erməni əhali isə gedərkən yanğınlar törədirlər.

Bu barədə erməni “Telegram” kanalları məlumat və videolar paylaşıb.

Qeyd olunub ki, ermənilər işğaldan azad edilmiş ərazilərdən çıxarkən evləri və meşələri yandırırlar.

Bu isə onların necə vandal olduqlarının növbəti sübutudur. İşğal etdikləri torpaqlardan çıxmalı olan ermənilər ekoloji terror törədir, təbiətə ziyan vurmaqla bir daha mənfur niyyətlərini büruzə verirlər.

Bununla bağlı videonu təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm