Erməni vandalizminin Kəlbəcər nümunəsi: BBC-nin REPORTAJINDA/VİDEO
Bizi izləyin

Qarabağ

Erməni vandalizminin Kəlbəcər nümunəsi: BBC-nin REPORTAJINDA/VİDEO

İngiltərənin BBC informasiya agentliyi üçtərəfli bəyanata uyğun olaraq ermənilərin Kəlbəcərdən təxliyəsi ilə bağlı videoreportaj hazırlayıb.

Publika.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin hərbi sahədəki möhtəşəm uğurlarımızı məharətlə siyasi-diplomatik müstəviyə keçirməyə nail olması nəticəsində Ağdam və Laçınla yanaşı, Kəlbəcərin də müharibəsiz, qansız, şəhidsiz geri qaytarılır.

BBC-nin reportajında da görünür ki, ermənilər aparılması mümkün olan hər şeyi özləri ilə götürürlər. Hətta pəncərə çərçivələrini, sanitar qovşaqlarını belə aparırlar. Bununla yanaşı, işğal olunmuş ərazilərdə maddi-mədəni sərvətlərimizin dağıdılması və qarət olunması indi də davam edir. Ermənilər apara bilmədiyi hər şeyi yandırır, məhv edirlər.

Ali Baş Komandan, Prezident İlham Əliyev bu faktı hələ oktyabr ayında “İnterfaks”a müsahibəsində bildirmiş və uzaqgörənliklə xəbərdar etmişdi: "Biz Füzuli şəhərini işğaldan azad edəndə orada bircə salamat bina tapa bilmədik. Təsəvvür edirsinizmi? Bütün şəhərdə, halbuki, orada on minlərlə insan yaşayırdı. Bircə bina da qalmayıb. Mənə zəng vurdular, dedim ki, bayrağı dirək üzərində qaldırın. Görün, onlar nə ediblər. Ağdamın, Cəbrayıl rayonunun xarabalıqlarına baxın. Hər şey dağıdılıb. Elə bil, buradan vəhşilər keçiblər. Elə bil bunlar insan deyilmiş. Onlar hər şeyi söküb-dağıdıblar. Evlərin damlarını, pəncərə çərçivələrini, hətta unitazları da. Bu, sadəcə, quldurluqdur".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm