Ermənilərin Qarabağa qayıtmaq fikri yoxdur - FAKT
Bizi izləyin

Qarabağ

Ermənilərin Qarabağa qayıtmaq fikri yoxdur - FAKT

Qarabağdan köçən ermənilər həm İrəvanda, həm də ölkənin digər bölgələrində yerləşdirilir.

Publika.az xəbər verir ki, paytaxta keçmiş qondarma rejimin məlumat mərkəzinin rəhbəri Mikael Virabyan bunu "Armenpress" xəbər agentliyindəki mətbuat konfransında söyləyib.

Onun sözlərinə görə, paytaxta, ilk növbədə xroniki xəstə və yaralılar yerləşdirilir. Qalanları isə qohumlarının yanına gedir.

Bildirilir ki, qondarma rejim tezliklə onlar haqqında yekun qərar verəcək. Hətta onlar üçün 300 yeni iş yeri açılması da planlaşdırılır.

Bundan başqa, Qarabağdan gələnlər əlavə arayış olmadan öz sosial müavinətlərini ala biləcəklər. Hətta şəxsiyyət vəsiqələrinin vaxtı bitəndə onu Ermənistanda yeniləyəcəklər.

Bütün bunlar göstərir ki, Azərbaycan Dağlıq Qarabağ ermənilərinə həmin bölgədə yaşamaq icazəsi versə də, onların geri qayıtmaq fikri yoxdur.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm