Qarabağda hərbi polislər də olacaq - VİDEO
Bizi izləyin

Qarabağ

Qarabağda hərbi polislər də olacaq - VİDEO

Rusiya Müdafiə Nazirliyi Aerokosmik Qüvvələrin helikopterlərinin Dağlıq Qarabağa gedən rus sülhməramlıları karvanını müşayiət etdiyi ilə bağlı video yayımlayıb.

Publika.az xəbər verir ki, Dağlıq Qarabağ münaqişəsi zonasına göndərilən Rusiya sülhməramlı kontingenti BTR-82A tipli zirehli nəqliyyat vasitələri, "Tiqr" və "Tayfun" zirehli texnikaları da daxil olmaqla, ən müasir silah və xüsusi texnika ilə təchiz edilib.

Rus kontingentinə təmas xəttində keşik çəkəcək və konvoyları müşayiət edəcək hərbi polislər də daxildir. Rusiya Baş Qərargahının açıqlamasına görə, Qarabağdakı Rus müşahidə məntəqələrinin vəzifələri atəşkəs pozuntuları barədə məlumat toplamaq və bu məlumatları sülhməramlıların əmrinə çatdırmaq, tranzit nəqliyyatda hərəkət təhlükəsizliyinin təmin etmək, mülki əhaliyə qarşı qanunsuz hərəkətlərin qarşısının almaqdır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm