Birlikdə doğulub, birlikdə şəhid oldular... - VİDEO
Bizi izləyin

Qarabağ

Birlikdə doğulub, birlikdə şəhid oldular... - VİDEO

20 il öncə Ermənistanın Azərbaycan torpaqlarını işğal etdikdən təxminən 8 il sonra eyni gündə doğulan qardaşlar bu gün həmin torpaqları işğaldan azad edib və eyni gündə də şəhid olublar.

AzTV-nin bununla bağlı hazırladığı reportajda əkiz qardaşlar Nazir və Tacir Allahverdiyevlərin cəbhə zonasında yerləşən Ağdam rayonunun Çullu kəndində anadan olduğu bildirilib.

Qeyd olunub ki, orta məktəbə, hərbi xidmətə birlikdə gedən qardaşlar cəbhəyə də eyni gündə yollanıblar.

Reportajda deyilir: “Azərbaycan üçün strateji zirvələri ələ keçirib, birlikdə şəhidlik zirvəsinə ucalıblar”.

İki şəhid övladını eyni gündə dəfn edən Nailə Allahverdiyeva deyir ki, oğullarının məzarı üzərinə gedib onlara gözaydınlığı verəcək. Əkiz qardaşların uğrunda şəhid olduqları torpaqlar artıq azaddır, Azərbaycanındır!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm