Böyük Millət Məclisi erməni terrorunu araşdıracaq
Bizi izləyin

Qarabağ

Böyük Millət Məclisi erməni terrorunu araşdıracaq

"Türkiyə Böyük Millət Məclisinin İnsan Hüquqları Komissiyası Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi cinayətlərlə bağlı araşdırmalara başlayacaq.”

Publika.az xəbər verir ki, bunu Gəncədə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin İnsan Hüquqları Komissiyasının sədri Hakan Çavuşoğlu bildirib.

Komissiya Gəncə şəhəri, eləcədə Bərdə və Tərtər rayonlarında mülki şəxslərin öldürülməsiylə bağlı faktların dünya ictimaiyyətinə çatırılması üçün geniş miqyaslı işlərə başlayacaq. Məqsəd Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi cinayətləri beynlaxlaq ictimaiyyətə çatdırmaq, ölkəmizin böyük şəhərlərində öldürülən günahsız insanların qətli ilə bağlı Ermənistan hakimiyyətini beynəlxalq məhkəməyə cəlb etməkdir.

Bildirilib ki, tarixdə müharibə zamanı günahsız insanların öldürülməsi ilə bağlı faktlar olub və bu əməlləri edənlər cəzalandırılıb. Beynəlxalq qanunların verdiyi imkanlardan istifadə edərək Azərbaycanın iri şəhərlərinə ballistik raketlərin atılmasına göstəriş verən hər bir kəsin məsuliyyətə cəlb edilməsi üçün Azərbaycan və Türkiyə tərəfi bütün hüquqi imkanlarından istifadə edəcək.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin İnsan Hüquqları Komissiyasının sədri və 15 nəfərdən ibarət nümayəndə heyəti Gəncə şəhərində raket düşən ərazilərə baş çəkib, öldürülən günahsız insanların yaxınları ilə görüşüb. Komissiya Gəncə ilə yanaşı, Tərtər, Bərdə şəhərlərində də araşdırmalara başlayacaq.

Türkiyə Böyük Millət Məclisinin İnsan Hüquqları Komissiyasının dünyada insan haqq və hüquqlarının pozulması faktlarını araşdırmaq səlahiyyəti var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm