Qarabağ zəfəri münasibətilə avtoyürüş keçirildi
Bizi izləyin

Qarabağ

Qarabağ zəfəri münasibətilə avtoyürüş keçirildi

Almaniyanın Münhen şəhərində Munhen Azərbaycanlıların Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanın Qarabağda qazandığı böyük qələbə münasibətilə avtoyürüş keçirilib.

Publika.az xəbər verir ki, Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilmiş avtomobil karvanı şəhərin mərkəzi meydan və prospektlərindən keçib. İştirakçılar şəhərin müxtəlif yerlərində bir neçə dəfə dayanaraq “Yaşasın Azərbaycan!”, “Yaşasın Azərbaycan-Türkiyə- Gürcüstan qardaşlığı!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Qarabağ Azərbaycandır!” şüarlarını səsləndiriblər.

Yürüş iştirakçılar bu xoşbəxt günləri xalqımıza yaşadan Ali Baş Komandan İlham Əliyevə və müzəffər ordumuza təşəkkürlərini ifadə ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm