Paşinyan ABŞ-a və Putinə neçə dəfə zəng etdiyini açıqladı
Bizi izləyin

Qarabağ

Paşinyan ABŞ-a və Putinə neçə dəfə zəng etdiyini açıqladı

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ məsələsi ilə bağlı 5 dəfə ABŞ-la əlaqə saxlayıb.

Publika.az xəbər verir ki, N.Paşinyan bu barədə 12 media qurumunun suallarını cavablandırdığı onlayn mətbuat konfransında danışıb.

“Amerika tərəfi ilə 1 ayda 5 söhbət apardıq. ABŞ prezidentinin müşaviri Robert Obrayn ilə 2, dövlət katibi Mayk Pompeo ilə 3 telefon danışığı oldu. Rusiyanın üçtərəfli bəyanatdakı təklifləri isə ABŞ-la ümumiyyətlə müzakirə edilmədi”.

Paşinyan qeyd edib ki, Rusiya prezidenti ilə gün ərzində 5-6 dəfə zəngləşdiyi zamanlar da olub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm