Qarabağ
Paşinyan, nəhayət ki, BOYNUNA ALDI: məcbur idik
Ermənistanın baş naziri Nikol Paşinyan vəzifəsindən istefa vermək barədə düşünmür.
Publika.az xəbər verir ki, bu barədə özü onlayn mətbuat konfransında bildirib.
Paşinyan bildirib ki, ölkə müxalifətinin ona qarşı istefa çağırışları onun gündəmində yoxdur: “Mənim gündəmimdə ancaq ölkənin sabitliyi və təhlükəsizliyini təmin etmək var”.
Ona ünvanlanan “müharibənin müxtəlif dövrlərində Ermənistana müxtəlif razılaşmalar təklif edildimi” sualına Paşinyan belə cavab verib: “Yox. Fərqli sənədlər verilmədi. Müharibədən əvvəlki Şuşa daxil, torpaqların Azərbaycana verilməsi məntiqi davam etdi. Vəziyyət 2016-cı ildən bəri bu formada idi. Ermənistan bu tərklifləri təxirə salmaq məcburiyyətində idi. Sözügedən torpaqları təhvil verməyi qəbul etsəydik, müharibənin qarşısını ala bilərdik, amma biz döyüşməyi üstün tutduq”.
Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında baş tutan danışıqlardan heç bir nəticə əldə olunmadığı üçün rəsmi Bakı torpaqların hərbi yolla işğaldan azad olunması variantına getdi və 44 gün ərzində 5 şəhər, 8 qəsəbə və 260-dan çox kənd düşmən tapdağından azad olundu. Digər ərazilərin isə kapitulyasiya bəyanatı imzalanaraq sülh yolu ilə geri qaytarılması qərarlaşdırıldı.
Zümrüd
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...