• USD 1,7000 0,00% EUR 2,0705 +0,05%
    • GBP 2,3300 -0,08% RUB 0,0226 -1,77%

Bu, İlham Əliyevin cəsarətli davranışının nəticəsidir - RƏY

Bu, İlham Əliyevin cəsarətli davranışının nəticəsidir - RƏY

“Cənab Prezidentin işğaldan azad olunmuş Füzuli, Cəbrayıl rayonlarına səfər etməsi böyük addımdır”.

Publika.az xəbər verir ki, bunu Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfərlərinə münasibətini ifadə edərkən millət vəkili, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.

Millət vəkili bildirib ki, Prezidentin işğaldan azad olunmuş ərazilərimizə getməsi onun cəsarətli davranışının nəticəsidir:

“Cənab Prezidentimiz Füzuli və Cəbrayıla getməklə oradakı yerli şəraitlə tanış oldu. Hətta orada dedi ki, “Baxın, Cəbrayılın mərkəzində bütün tikintilər dağıdılıb”. Ona görə dağıdılıb ki, bir də azərbaycanlılar o ərazilərə köç etməsinlər. Həm də cənab Prezidentimiz bizim komitə olaraq marağımız çərçivəsində olan bəyanatlar verdi ki, “ekologiya tamamilə dağıdılıb, yandırılıb. Onların hamısını bərpa edəcəyik.

Ölkə başçısının həmin rayonlara getməsi əhali tərəfindən sevinclə qarşılanır. İnsanların ümidi artır ki, tezliklə o ərazilərə köçəcəklər”.

Şamo Emin

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR