Türk mütəxəssis üçtərəfli bəyanatın detallarını açıqladı - 600 min erməni...
Bizi izləyin

Qarabağ

Türk mütəxəssis üçtərəfli bəyanatın detallarını açıqladı - 600 min erməni...

Türkiyənin “Yenidən Rifah” partiyasının Xarici əlaqələr şöbəsinin baş katibinin köməkçisi Doğan Bəkin Azərbaycanla Ermənistan arasında imzalanan atəşkəs razılaşmasını qiymətləndirib.

Publika.az xəbər verir ki, D.Bəkin razılaşmanın Azərbaycanın 1991-1994-cü illər ərzində itirdiyi ərazilərin geri qaytarılması baxımından əhəmiyyət kəsb etdiyini bildirib.

Doğan Bekin - Genel Başkan Yardımcısı / Dış İlişkiler Başkanı | Yeniden  Refah Partisi

“Ermənistanın Azərbaycan torpaqlarını işğalı 30 ilə qədər müddəti əhatə edir. Dolayısı ilə bu bölgədə böyük erməni əhalisi məskunlaşıb. Dağlıq Qarabağda 600 minə yaxın erməni əhalisi yaşayırdı. O zaman 2-3 yaşında olan erməni uşaqları indi 30 yaşa çatıb. Yəni torpaqları işğal edən ermənilər hazırda orada nəvələri ilə yaşayır. Bu erməni əhalisinin geri qayıtması necə olacaq? Bu vəziyyətin gələcəkdə Azərbaycana nə kimi problem yaradıb-yaratmayacağı müzakirə mövzusudur”, - Doğan Bəkin qeyd edib.

Onun sözlərinə görə, Naxçıvan dəhlizinin nə zaman və haradan açılması da əhəmiyyətli nüansdır: “Buranın təhlükəsizliyinin təmini xüsusunda da qeyri-müəyyənlik var. Rusiyaya necə etibar olunacağı vurğulanmalıdır”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm