• USD 1,7000 0,00% EUR 2,0722 0,00%
    • GBP 2,4112 0,00% RUB 0,0237 0,00%

SON DƏQİQƏ: Ağdərənin bu kəndləri də AZƏRBAYCANA QAYTARILIR

  • Qarabağ
  • 18 Noyabr 2020 16:44
  • 4 573 Baxış
SON DƏQİQƏ: Ağdərənin bu kəndləri də AZƏRBAYCANA QAYTARILIR

Keçmiş Ağdərə rayonunun daha yeddi kəndi Azərbaycanın nəzarətinə qaytarılacaq.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu məlumatı “Qarabağın Vahid İnformasiya Mərkəzi” yayıb.

Məlumata görə, bu kəndlər Yeni Marağa, "Nor Ayqestan", "Nor Seysulan", Papravənd, "Nor Aykacur", "Ovtaşen" və "Nor Craberd"dir.

Kəndlərin Qarabağ bəyanatının şərtlərinə əsasən veriləcəyi bildirilib.

Erməni tərəfi bu kəndlərin yeni bölgüyə əsasən, Ağdərə yox, Ağdam rayonunun ərazisində yerləşdiyini rəsmən bəyan edib.

Qeyd edək ki, kəndlərin adı dəyişdirilmiş və eybəcərləşdirilmiş şəkildə təqdim edilib.

Xatırladaq ki, Azərbaycan Milli Məclisi Ağdərə inzibati rayonunu ləğv edib. Rayonun bəzi kəndləri Ağdama, bəziləri Tərtərə, bir hissəsi isə Kəlbəcərə verilib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR