Lavrov Qarabağa görə həmsədrləri QƏBUL ETDİ
Bizi izləyin

Qarabağ

Lavrov Qarabağa görə həmsədrləri QƏBUL ETDİ

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şoferi (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiki qəbul edib.

Publika.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Dağlıq Qarabağda və onun ətrafında atəşin və bütün hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli birgə bəyanatdan sonra bölgədəki vəziyyətin həlli üçün vasitəçilik səylərinin əlaqələndirilməsi məsələləri müzakirə edilib.

“Məsləhətləşmələr zamanı 9 noyabrda Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası Baş nazirinin və Rusiya Federasiyası Prezidentinin atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanatından sonra Dağlıq Qarabağdakı və onun ətrafındakı vəziyyəti müzakirə ediblər”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm