Qarabağ
Qarabağda yalnız şərq çinarları əkilir - RƏSMİ
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova sosial şəbəkələrdə və bəzi saytlarda Füzuli və Zəngilanda əkilən Şərq çinarının yerinə şam ağaclarnın əkilməsi ilə bağlı yayılan fotoya aydınlıq gətirib.
Publika.az xəbər verir ki, nazirlik rəsmisinin sözlərinə görə, işğaldan azad olunmuş Füzuli və Zəngilanda ağacəkmə aksiyaları keçirilib. Əkilən ağaclar təbii şəraitə uyğun və yerli ağac cinslərindən olub, yəni füsunkar Qarabağ bölgəsinin relyefinə və iqliminə uyğun Şərq çinarları əkilib, yerli palıd cinsindən olan toxumlar səpilib.
İ.İbrahimova bildirib ki, sosial şəbəkədə və bəzi saytlarda Qarabağda ağac əkilməsini yayımlayarkən yanlışlıqla Abşeronda və digər ərazilərdəki ağacəkmə aksiyalarında şam və sərv ağaclarının əkini olan fotolar yerləşdirilib:
“Bu da haqlı olaraq izləyicilərin narazılığına səbəb olub. Şəklə görə şərh verilib ki, niyə şam və ya sərv ağacları əkilib? Əslində isə belə deyil, Zəngilan və Füzuli rayonlarının ərazisində Şərq çinarları əkilib. Bu cür kampaniyalar Qarabağın digər ərazilərində də davam edəcək”.
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək