• USD 1,7000 0,00% EUR 2,0652 +0,01%
    • GBP 2,3259 +0,29% RUB 0,0232 +0,86%

Erməni əsirliyindəki Amin və Bayramla görüş keçirildi

  • Qarabağ
  • 23 Noyabr 2020 12:36
  • 6 080 Baxış
Erməni əsirliyindəki Amin və Bayramla görüş keçirildi

Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları (BQXK) əsir düşmüş azərbaycanlı hərbçilər – Amin Musayev və Bayram Kərimova baş çəkib.

Publika.az xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova modern.az-a bildirib.

İ. Hüseynova bildirib ki, bununla bağlı konkret olaraq məlumat isə ailə üzvlərinə verilib, ictimaiyyətə açıqlanmır.

Xatırladaq ki, hərbçilərimiz Amin Musayev və Bayram Kərimov 44 günlük Vətən Müharibəzi zamanı yaralanaraq, ermənilərə əsir düşüblər. Onların Ermənistan ərazisində saxlanıldığına dair məlumat var.

Düşmən tərəfindən əsir alınan Amin Musayev və Bayram Kərimovla bağlı ilk videonu ukraynalı jurnalist Aleksandr Xarçenko çəkərək, Youtube-dakı ANNA News kanalında paylaşıb.

İ.Hüseynova deyib ki, Azərbaycanlı hərbi əsirlər – Amin Musayev və Bayram Kərimovun geri qaytarılması üçün dialoqlar davam etdirilir.

“Saxlanılan şəxlərin qaytarılması, azad olunması saxlayan tərəfdən asılıdır. Saxlayan tərəf azad etmək barədə arzu və qərarını bildirdikdə, Beynəlxalq Qızıl Xaç Komitəsi bu əməliyyatın həyata keçirilməsində vasitəçi olaraq iştirak edir”.

İ.Hüseynovanın sözlərinə görə, əsir və girovların dəyişdirilməsilə bağlı konkret müddət nəzərdə tutulmayıb: “Bu qərar tamamilə münaqişə tərəflərindən asılıdır. Yəni münaqişə tərəfləri qərar verdikdə, Beynəlxalq Qızıl Xaç Komitəsi münaqişə tərəflərinə əməliyyatın yerinə yetirilməsində neytral vasitəçi kimi dəstək verir. Amma qərar tamamilə münaqişə tərəflərindən asılıdır”.

Azərbaycan tərəfi həmin əsirlərin geri alınması üçün beynəlxalq təşkilatlara, o cümlədər Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR