• USD 1,7000 0,00% EUR 2,0705 +0,05%
    • GBP 2,3300 -0,08% RUB 0,0226 -1,77%

Amerikalı ekspert Qarabağ müharibəsi ilə bağlı MARAQLI FAKTLARI AÇDI: Bənzərsiz savaş...

  • Qarabağ
  • 24 Noyabr 2020 14:44
  • 1 157 Baxış
Amerikalı ekspert Qarabağ müharibəsi ilə bağlı MARAQLI FAKTLARI AÇDI: Bənzərsiz savaş...

Liviyada xaricilər döyüşdü, amma Türkiyə qalib gəldi.

Publika.az xəbər verir ki, bu sözləri amerikalı hərbi mütəxəssis Ceyson Pek ABŞ Yaxın Şərq Universitetinin “Hadisələrin Axının Dəyişikliyi: Türkiyə Tripoli Döyüşlərində Necə Qalib Gəldi? “ başlıqlı paneldəki çıxışında deyib.

Onun sözlərinə görə, Liviyadakı döyüşlərin havadakı ölçüləri tamamilə xarici qüvvələr tərəfindən idarə olunub, amma döyüşlərdən qalib çıxan tərəf Türkiyə olub.

Mütəxəssis Suriya, Liviya və Qarabağ münaqişələrinin bənzərlik təşkil etdiyini vurğulayıb. O, qanunsuz qüvvələrin lideri Xəlifə Haftarın və qondarma Liviya Milli Ordusunun Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrin dəstəyi ilə müharibəni alovlandıran tərəf olduğunu və bu ilin əvvəlindən etibarən Türkiyənin pilotsuz uçuş aparatları başda olmaqla, yeni hərb texnologiyaları qarşısında məğlubiyyətə uğradığını bildirib. Onun sözlərinə görə, Liviya döyüşlərinin əhəmiyyətli hissəsi havadan idarə olunub. O, Türkiyənin Liviyada bənzərsiz tükəndirmə savaşı apardığını vurğulayıb.

“Ermənistan qüvvələri Türkiyənin silahlı pilotsuz uçuş aparatları sayəsində havadakı üstünlüyünü itirdi. Tanklarının bir-bir məhv edildiyini görəndə itkilərin daha da artmasından narahat oldu və təslim olmağı qəbul etdi”, - mütəxəssis qeyd edib.

C.Pek bildirib ki, Rusiya və Türkiyənin maraqlarını tamamilə qorumayan heç bir həll yolu uğurlu ola bilməz. Çünki hər iki güc hərbi sahədə nələrə qadir olduğunu isbat edib.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR