Putindən SON DƏQİQƏ Qarabağ açıqlaması: DOST AZƏRBAYCANIMIZ...
Bizi izləyin

Qarabağ

Putindən SON DƏQİQƏ Qarabağ açıqlaması: DOST AZƏRBAYCANIMIZ...

Qarabağdakı vəziyyət sabitləşir.

Publika.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin xarici dövlətlərin səfirlərinin etimadnamələrini təqdimetmə mərasimində deyib.

Prezident bildirib ki, Rusiya Dağlıq Qarabağdakı vəziyyətin normallaşmasında vasitəçilik etmək üçün xeyli səy göstərir. Həm Bakının, həm də İrəvanın maraqlarını nəzərə alaraq Qarabağda həll üçün ilkin şərtlər yaradılır.

"Dağlıq Qarabağdakı dost Azərbaycanımızın və Ermənistanın vətəndaşlarının ölümü ilə nəticələnən hərbi əməliyyatların dayandırılması üçün güclü səylər göstərdik. Eyni zamanda, ATƏT-in Minsk Qrupunda, xüsusən həmsədrlər - Rusiya, ABŞ və Fransa arasında əldə olunan əsas razılaşmaları izlədik. Əldə edilən əsas şey qan tökülməsini dayandırmaq, Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistan baş nazirinin üçtərəfli bəyanatındakı barışığa nail olmaqdır".

Onun sözlərinə görə, Rusiya beynəlxalq təşkilatların Qarabağda məskunlaşma prosesindəki iştirakına ümid bəsləyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm