Paşinyan Qarabağla bağlı bunu istəyir: AMMA...
Bizi izləyin

Qarabağ

Paşinyan Qarabağla bağlı bunu istəyir: AMMA...

Ermənistan Dağlıq Qarabağ nizamlanmasına dair danışıqlar prosesinin bərpa olunmasını istəyir.

Publika.az xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan TASS-a müsahibəsində deyib.

O, danışıqlar prosesinin ATƏT-in Minsk Qrupunun həmsədrliyi altında davam etdirmək istədiyini dilə gətirib: “Bilirsiniz, əslində, heç olmasa, ATƏT-in Minsk Qrupunun həmsədrləri arasında fikir birliyi var və Ermənistan bu baxımdan danışıqlar prosesinin Minsk Qrupunun həmsədrliyi çərçivəsində davam etməsi ilə razılaşır”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dağlıq Qarabağda status-kvonun darmadağın edildiyini, Qarabağın statusu məsələsinin müzakirəyə çıxarılmayacağını çıxışlarında bildirib. Rusiya Prezidenti Vladimir Putin isə Dağlıq Qarabağ məsələsi ilə bağlı “münaqişə” sözünün bundan sonra istifadə olunmayacağını bəyan edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm