Ərdoğandan Qarabağ açıqlaması: Başqa ölkələrin qatılması...
Bizi izləyin

Qarabağ

Ərdoğandan Qarabağ açıqlaması: Başqa ölkələrin qatılması...

“Türkiyənin dəstəyi sayəsində Azərbaycanın Qarabağ ərazisində Ermənistan işğalı sona çatıb, daimi həllə yönələn ümidlər ilk dəfə artıb. Dünənədək ortalıqda olmayan, hətta bu məsələdə açıq şəkildə Ermənistana dəstək verən Minsk Qrupunun və bəzi ölkələrin razılaşma ilə bağlı dilə gətirdiyi narahatlıqların heç bir anlamı yoxdur”.

Publika.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, Dağlıq Qarabağda 30 illik ədalətsizliyin sona çatmasında Türkiyənin də töhfəsi olub: “Dünən axşam Rusiya Prezidenti Vladimir Putinlə bu mövzuları danışdım. Bu danışıqla birlikdə bu proses içində ata biləcəyimiz addımları müzakirə etdik. İnanıram ki, Putinlə apardığımız bu danışıqla birgə, xüsusilə Rusiya, Türkiyə, Azərbaycan olaraq bu proses ərzində bölgəyə sülhün bərqərar olmasının addımlarını atırıq. Bunun daha da genişləndirmə, inkişaf etdirmə şansımız var. Bu genişləndirmə və inkişaf etdirmə məsələlərini də Putinlə müzakirə etdik. Yəni üç ölkə xaricində, bölgə ölkələri içindən dördüncü, beşinci ölkələri də bura qatmaqla buradakı prosesi daha fərqli formaya sala bilərik”.

Türkiyə Prezidenti Kəlbəcərin ermənilər tərəfindən boşaldılmasına da münasibət bildirib: “Kəlbəcər tamamilə boşaldı. 30 ilə yaxın gecikmə ilə də olsa, bu məsələdə haqq yerini tapıb. Qarabağda Azərbaycan bayrağı dalğalanmağa başlayıb. Bu barədə Prezident İlham Əliyevlə də danışmışam. Qarabağa dönüş zamanı daşınma baxımından qərbdən şərqə, şimaldan cənuba nəqliyyat məsələsini həll edərək, azərbaycanlı qardaşlarımızın oraya qayıtmasını asanlaşdıracağıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm