Ərdoğanın 5 saatlıq iclasında QARABAĞ MÜZAKİRƏSİ
Bizi izləyin

Qarabağ

Ərdoğanın 5 saatlıq iclasında QARABAĞ MÜZAKİRƏSİ

Bu gün Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.

Publika.az xəbər verir ki, 5 saata yaxın davam edən toplantıda bir sıra məsələlər müzakirə olunub.

İclasla bağlı mətbuata açıqlamada qeyd olunub ki, toplantıda Dağlıq Qarabağdakı mövcud vəziyyət də müzakirə olunub:

"Atəşkəs razılaşmasının həyata keçirilməsi, Azərbaycanın ərazi bütövlüyünün tamamilə bərpası, Cənubi Qafqazda geopolitik vəziyyət, daimi sülhə nail olunması məsələlərində Türkiyənin rolu barədə geniş müzakirələr aparılıb".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm