Fransanın mövqeyi riyakarlıqdan başqa bir şey deyil - Musa Qasımlı
Bizi izləyin

Qarabağ

Fransanın mövqeyi riyakarlıqdan başqa bir şey deyil - Musa Qasımlı

“Fransa Senatının qəbul etdiyi məlum qərarın bizim üçün heç bir mənası yoxdur, cırılıb atılmış, istifadəyə yararsız kağız parçasıdır”.

Publika.az xəbər verir ki, bunu millət vəkili Musa Qasımlı qeyd edib.

Onun sözlərinə görə, birincisi, bu qərar ədalətsizdir, beynəlxalq hüququ saya salmır və təcavüzkara, işğalçıya haqq qazandırır: “Bütün beynəlxalq sənədlərdə, BMT Təhlükəsizlik Şurasının qətnamələrində Azərbaycanın ərazi bütövlüyü tanınır və Fransa özü bu sənədlərə səs verib. Dövlətin öz imzasına hörmət etməməsinin adı nədir? İkincisi, Fransa Minsk Qrupunun həmsədr ölkələrindən biri kimi daim tərəf saxlamaqla mandatını pozub və etimadı tamamilə itirib.

Nəhayət, dünyaya azadlıq, bərabərlik və qardaşlıq şüarları aşılayan bir ölkənin Senatı bu qərarı qəbul etməklə həmin dəyərləri ayaq altına atıb. Bundan sonra Fransanın beynəlxalq hüquq normalarından, haqq-ədalətdən danışmağa heç bir mənəvi haqqı yoxdur. Fransanın mövqeyi riyakarlıqdan başqa bir şey deyil və davranışları ilə ancaq özünə ziyan vuracaq”.

Şamo Emin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm