Allahverdi Bağırovun övladları Milli Qəhrəmanın məzarını ziyarət etdi
Bizi izləyin

Qarabağ

Allahverdi Bağırovun övladları Milli Qəhrəmanın məzarını ziyarət etdi

Milli Qəhrəmanımız Allahverdi Bağırovun qızları Ağdamda yerləşən atalarınınməzarını ziyarət ediblər.

Publika.az xəbər verir ki, onlar hərbi xidmətdə çalışaraq, ataların arzusunu gerçəkləşdiriblər.

Belə ki, Aynur Bağırova tibb xidməti kapitanıdır, Zümrüd Bağırova isə polkovnik-leytenantdır. Onların ikisi də Dövlət Sərhəd Xidmətinin sıralarında xidmət edirlər.

Qeyd edək ki, Allahverdi Bağırov 1992-ci ilin 14 iyun tarixində Naxçıvanikdən geri qayıdarkən minaya düşərək şəhid olub. O, Xocalı qurbanlarının geri alınmasında və əsirlərin azadlığa buraxılmasında, eləcə də Qarabağın müdafiəsində müstəsna xidmətləri olmuş şəxslərdəndir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm