Paşinyan arvadını döyüş bölgəsinə buna görə göndəribmiş - ÖZÜ AÇIQLADI
Bizi izləyin

Qarabağ

Paşinyan arvadını döyüş bölgəsinə buna görə göndəribmiş - ÖZÜ AÇIQLADI

Ermənistan Baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyana Qarabağdakı separatçı rejimin müdafiə ordusu qərargahının iclasının keçirildiyi bunkeri ziyarət etməyi tapşırıb.

Publika.az xəbər verir ki, bu barədə Paşinyan xalqa müraciətində danışıb.

“Həyat yoldaşım mənim göstərişimlə Stepanakertdəki (Xankəndi) generalları ziyarət etdi. Ermənistanın baş nazirinin bir ailə üzvünün səfəri hər zaman mülki şəxslərin şəhərlərdən qaçması barədə xəbərlər eşidən hərbçiləri dəstəkləməyə və mənəvi səviyyəsini yüksəltməyə xidmət edib”.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin hərbi nəzarət xidmətinin sabiq rəhbəri general-polkovnik Movses Akobpyan komanda məntəqəsində Anna Akopyanın görməsindən danışmışdı. Bildirmişdi ki, Anna Akopyan monitor qarşısında oturaraq döyüşlərin qeydinə baxıb: “General-leytenant Samvel Babayan da orada idi. Ancaq sual vermədi və heç nə demədi. General ona yaxınlaşdı və dedi ki, burada olmamalısan”.

Akopyana görə, bu hadisədən sonra Paşinyan tərəfindən onun Qarabağ müdafiə ordusunun komanda məntəqəsinə gəlməsi qadağan edilib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm