1 milyard dollar: Ermənistanın Zod yatağına görə ödəyəcəyi təzminat
Bizi izləyin

Nida Təhlil

1 milyard dollar: Ermənistanın Zod yatağına görə ödəyəcəyi təzminat

Kəlbəcərin Zod qızıl yatağının yarısı Azərbaycana təhvil veriləcək: hazırda Azərbaycan-Ermənistan dövlət sərhədinin demarkasiyası üzərində iş gedir və yaxın günlərdə məsələ həllini tapacaq.

Amma Ermənistan qanunsuz istismar etdiyi qızıl yatağını yox, həm də yatağın istismarından əldə etdiyi vergini də qaytarmalıdır.

Ermənistanın keçmiş ədliyyə naziri Arpina Ovannisyan deyir ki, “Yatağın yarısının Azərbaycana qaytarılması onun istismarından Ermənistanın dövlət büdcəsinə ödənilən vergilərin qanuniliyi də şübhə altına alınır”.

Yatağı Rusiyanın “Geopromining” şirkəti istismar edirdi. Bu şirkət Ermənistanda 1000 vergi ödəyicisi arasında 4-cü yerdədir.

Erməni iqtisadçı Hovhannes Avetisyan deyir ki, yatağın təhvil verilməsi ilə Ermənistan dövlət büdcəsi hər il 40 milyon dollar vergi gəlirini itirəcək.

Avetisyanın açıqladığı rəqəm bəlkə də daha kiçikdir. Lakin dediyindən məlum olur ki, yatağın istismarına görə hər il Ermənistan dövlət büdcəsinə 40 milyon dollar vergi ödənilirmiş.

Bu rəqəmi yatağın qanunsuz istismar ilinə vursaq, təxmini hesablama ilə Ermənistanın təkcə Zod yatağına görə Azərbaycana ödəməli olduğu məbləği müəyyənləşdirmək olar.

27 il x 40 milyon dollar = bir milyard 80 milyon dollar: Zod yatağının qanunsuz istismarına görə Ermənistanın Azərbaycana ödəməli olduğu təzminat...

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm