Şəhid olan 23 yaşlı müstəntiqin SON DÖYÜŞÜ - 12 nəfərlik kəşfiyyatçı qrupu ilə...
Bizi izləyin

Qarabağ

Şəhid olan 23 yaşlı müstəntiqin SON DÖYÜŞÜ - 12 nəfərlik kəşfiyyatçı qrupu ilə...

Vətən müharibəsi şəhidlərindən biri də prokurorluq müstəntiqi Əlizadə Yüksəl İlqar oğludur.

Publika.az xəbər verir ki, prokuror oğlu oan 23 yaşlı Yüksəlin qardaşı da prokurorluq sistemində çalışır.

Yaxınlarının bildirdiyinə görə, o, savadlı bir hüquqşünas idi: "

"Önündə gözəl bir gələcək var idi. Ancaq buna baxmayaraq, Yüksəl müharibə başlayan kimi ailəsinə belə xəbər etmədən vəzifəsini, işini, kariyerasını ataraq könüllü olaraq cəbhəyə, döyüşə getdi. Müharibənin bitməsinə 1 gün qalmış 8 Noyabrda Xocavənd uğrunda gedən döyüşlərdə Kəşfiyyatçı olan əsgərimiz 12 nəfərlik kəşfiyyatçı əsgər yoldaşları ilə (Mübariz kimi) düşmənin içinə sızaraq düşmən postunu ələ keçirmiş, daha sonra düşmən mühasirəsinə düşmüşdülər. Düşmənə təslim olmayaraq son gülləsi bitənə qədər düşmənlə savaşmışlar və düşmənə təslim olmayaraq şəhid olmağı seçmişlər. Şəhidin bədənində 19 güllə var idi. Yaralı olduğu halda yenə də son damla qanına qədər döyüşmüşdür. Hansı şücaətlə döyüşdüyünü təsəvvür etmək mümkündür. Bu gün biz qələbə sevinci yaşayırıqsa bu sənin kimi igid oğulların sayəsindədir Yüksəl. Sən nəyinki Qazaxın, Gəncənin, sən bütün Azərbaycanın fəxrisən".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm