Avadanlıqların Azərbaycan ərazisindən keçirilməsi qanunauyğundur - ŞƏRH
Bizi izləyin

Qarabağ

Avadanlıqların Azərbaycan ərazisindən keçirilməsi qanunauyğundur - ŞƏRH

“Məlum olduğu kimi, noyabrın 10-da Azərbaycan, Rusiya, Ermənistan liderlərinin imzası ilə bəyannamə təsdiq olunub. Orada bir bənddə həmin ərazilərdə sülhməramlıların 5 il müddətinə olması nəzərdə tutulur. Ona görə də onlara lazım olan avadanlıqların Azərbaycan ərazisindən keçirilməsi tam qanunauyğundur”.

Bu sözləri Publika.az-a deputat Cavid Osmanov deyib.

O qeyd edib ki, sülhməramlılara lazım olan avadanlıqların, texnikaların bir hissəsi Ermənistan, bir hissəsi isə Azərbaycan ərazisindən çatdırılır: “Hansı tərəfdən daha rahat, uyğundursa, o şəkildə həyata keçirilir. Burada qaranlıq heç bir məsələ yoxdur və qanuna müvafiq qaydada sülhməramlıların maddi-texniki təchizatla tam təmin olunması üçün Azərbaycan ərazisindən hüquq-mühafizə orqanlarının nəzarəti altında ora çatdırılmasında digər heç bir hal yoxdur”.

Şamo Emin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm