Türkiyənin proseslərdə iştirakı... - Qabil Hüseynli
Bizi izləyin

Qarabağ

Türkiyənin proseslərdə iştirakı... - Qabil Hüseynli

“Laçının işğaldan azad edilməsi Azərbaycan üçün çox əhəmiyyətli hadisədir. Çünki danışıqlar prosesində heç 3 rayonun geri qaytarılmasını təmin edə bilmirdik və bunun üçün qondarma “Dağlıq Qarabağ”a aralıq statusu istəyirdilər. İndi isə işğal altında olan bütün torpaqlarımız azad olunub”.

Publika.az xəbər verir ki, bunu Laçının işğaldan azad edilməsi ilə bağlı danışarkən politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, Azərbaycanın uğurları böyükdür: “Qarşıda danışıqlar mərhələsi durur. Əldə edilmiş nailiyyətlərin, yəni sərhədlərin delimitasiyası və demarkasiyası məsələsinin artıq biz sülh sazişində əksini tapdırmalıyıq.

Bu nöqteyi-nəzərdən Rusiya-Türkiyə və Azərbaycan-Ermənistan dördlüyü birlikdə məsələni həll etməlidir. Baxmayaraq ki, Türkiyənin proseslərə qatılmasını Ermənistan istəmir, Azərbaycan Türkiyənin proseslərdə iştirakını, hətta silahlı qüvvələrinin bölgəyə gətirilməsi məsələsini israrla tələb edib və bu, artıq həyata keçməkdədir. Bir sözlə, Azərbaycan problemin ərazi bütövlüyü çərçivəsində həll edilməsi məsələsini de-fakto həll edib, de-yure bunun həyata keçirilməsi üçün sülh sazişinin imzalanması lazımdır ki, bu istiqamətdə də danışıqlar gedəcək və danışıqlar prosesinin nəticələrindən asılı olaraq biz bu vəziyyəti reallaşdıracağıq”.

Şamo Emin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm