Kremldən Naxçıvan məsələsinə GÖZLƏNİLMƏZ REAKSİYA
Bizi izləyin

Qarabağ

Kremldən Naxçıvan məsələsinə GÖZLƏNİLMƏZ REAKSİYA

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovdan Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan-Azərbaycan arasında yeni dəhlizlə bağlı açıqlamasına şərh istənilib.

Publika.az xəbər verir ki, Peskov məsələyə münasibət bildirməyib.

O xatırladıb ki, bir müddət əvvəl Kremldən Vladimir Putinlə azərbaycanlı həmkarı İlham Əliyev arasında telefon danışığına dair mesajların birində dövlət başçılarının bölgədəki nəqliyyat kommunikasiyalarının inkişafı və blokdan çıxarılması məsələlərini müzakirə etdikləri qeyd olunub. Eyni zamanda, nəqliyyat məsələlərinin ümumiyyətlə Rusiya və Azərbaycan rəhbərlərinin gündəmində olduğunu vurğulayıb.

Şərh verməkdən imtinanın konkret olaraq Əliyevin Putinin bu fikri müsbət qiymətləndirməsi və təsdiqlənməsi barədə dedikləri ilə əlaqəli olub-olmadığını aydınlaşdırmaq məsələsini isə Peskov təsdiqləyib: "Bəli".

Xatırladaq ki, bir müddət əvvəl Kremldən Putinlə azərbaycanlı həmkarı arasında telefon danışığına dair mesajların birində dövlət başçılarının digər problemlərlə yanaşı, bölgədəki nəqliyyat kommunikasiyalarının inkişafı və blokdan çıxarılması məsələlərini də müzakirə etdikləri xatırlanıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm