İlham Əliyev Azərbaycan tarixinə yeni səhifə yazdı - ŞƏRH
Bizi izləyin

Qarabağ

İlham Əliyev Azərbaycan tarixinə yeni səhifə yazdı - ŞƏRH

“Bu gün tarixi gündür. Çünki Azərbaycan növbəti böyük bölgəsini döyüşsüz işğaldan azad etdi. Bu, aparılan düzgün siyasət, dünya birliyinə Azərbaycan həqiqətlərinin çatdırılması və Azərbaycan xalqının vətənpərvərlik hisslərinin düzgün mobilizasiya edilməsi ilə bağlıdır”.

Publika.az xəbər verir ki, bunu Laçın rayonunun işğaldan azad edilməsi ilə bağlı danışan deputat Aydın Mirzəzadə deyib.

O bildirib ki, problemin həlli ölkə Prezidenti, Ali Baş Komandanın düzgün daxili və xarici siyasəti nəticəsində mümkün olub: “Xalqın dəstəyinə əsaslanan, Heydər Əliyev siyasi yoluna bağlı cənab Prezident hakimiyyətdə olduğu illərdə problemin həlli ilə bağlı çox böyük işlər gördü. Problemin həlli onun fəaliyyətinin əsas istiqamətini təşkil edirdi. İqtisadiyyatın modernləşməsi, müasir tələblərə cavab verən ordunun qurulması, problemin həllinə ciddi təsir edən ölkələrlə hərtərəfli səmərəli fəaliyyətin aparılması son müsbət nəticəyə səbəb oldu. Dünya Azərbaycanın Dağlıq Qarabağ və ətraf zonaya olan suveren hüquqlarını qəbul etdi. Böyük dövlətlər bu problemin həllində Azərbaycanın haqq işini tanıdılar.

Prezident İlham Əliyevin uzaqgörənliyi, xalqın dəstəyinə malik olması, daima milli maraqlara cavab verən siyasi addımlar atması bu gün Ermənistanın Azərbaycan torpaqlarına iddiasını tamamilə darmadağın edib. Cənab Prezident Azərbaycan tarixinə yeni səhifə yazdı, onun əzəli torpaqlarına istəyini reallığa çevirdi. İlham Əliyev tarixə qalib Prezident kimi düşəcək”.

Şamo Emin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm