Monitorinq Mərkəzinin hərbçilərinin sayı ilə bağlı Rusiya Müdafiə Nazirliyindən AÇIQLAMA
Bizi izləyin

Qarabağ

Monitorinq Mərkəzinin hərbçilərinin sayı ilə bağlı Rusiya Müdafiə Nazirliyindən AÇIQLAMA

Azərbaycandakı Monitorinq Mərkəzinə bərabər sayda Rusiya və Türkiyə hərbçisi daxil olacaq.

Publika.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov deyib.

Moskva və Ankaranın Dağlıq Qarabağdakı atəşkəsə nəzarət etmək üçün ortaq mərkəz barədə razılığa gəldiklərini bildirən Konaşenkov qeyd edib ki, müşahidə mərkəzinin yerləşdirilməsi ilə əlaqədar texniki məsələlərdə də ortaq fikir əldə olunub.

Bundan əvvəl Türkiyə Müdafiə Nazirliyi atəşkəsə nəzarət etmək üçün Dağlıq Qarabağda Atəşkəsə və Bütün Hərbi Əməliyyatlara Nəzarət Birgə Rusiya-Türk Mərkəzinin yaradılması ilə bağlı Rusiya ilə saziş imzalandığını elan etmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm