Ordumuzun qələbə qazanmasının əsas səbəbi... - Polkovnik
Bizi izləyin

Qarabağ

Ordumuzun qələbə qazanmasının əsas səbəbi... - Polkovnik

“Azərbaycan Ordusu bu müharibəyə hazırlaşırdı, Müdafiə naziri Zakir Həsənov dəfələrlə hesabat verirdi ki, ordumuz Ali Baş Komandanın əmrini hər an yerinə yetirməyə hazırdır. Azərbaycan Ordusunun 44 günlük müharibəni parlaq qələbə ilə başa çatdırmasını şərtləndirən bir neçə amil var. Bunlara döyüş hazırlığının bütün tələblərini yerinə yetirmək üçün şərait yaradılması, irimiqyaslı təlimlərin keçirilməsi, ordunun Ali Baş Komandanın diqqəti və səyi nəticəsində müasir silahlarla silahlandırılması, artilleriya və aviasiyanın, eləcə də digər sahələrin inkişaf etdirilməsi daxil edilə bilər”.

Bu sözləri Publika.az-a açıqlamasında ehtiyatda olan polkovnik, 2 dəfə “Azərbaycan Bayrağı” ordenli, Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı Şair Ramaldanov deyib.

O bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin texniki üstünlükləri imkan verdi ki, işğal olunmuş ərazilərdə düşmənin mühüm obyektlərini hədəfə çevirə bilsin: “Müharibənin gedişi ərzində bunun bir daha şahidi olduq.

Digər tərəfdən, orduda şəxsi heyətin ruh yüksəkliyini xüsusi qeyd etməliyik. Azərbaycan Ordusu ancaq silah və müasir texnika gücünə yox, Şuşanın işğaldan azad edilməsi ilə onu göstərdi ki, öz fiziki və qəhrəmanlıq gücünə arxayındır. Bütün əsgər və zabitlərimiz həm misilsiz qəhrəmanlıq nümunələri göstərdi, verilən tapşırıqları yerinə yetirdi, həm də düşməni diz çökməyə məcbur etdi”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm