Laçın ölkənin ərzaq təhlükəsizliyini təmin edəcək - Deputat
Bizi izləyin

Qarabağ

Laçın ölkənin ərzaq təhlükəsizliyini təmin edəcək - Deputat

“Laçının işğaldan azad olunması ölkəmiz üçün olduqca əhəmiyyətlidir. Sonuncu qaytarılan Laçınla təkcə o rayonumuz azad olunmadı, həm də Azərbaycanın ərazi bütövlüyü tam şəkildə təmin olundu”.

Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

O bildirib ki, Laçının azad olunması ilə eyni zamanda xalqımızın uzun illər davam edən həsrətinə, intizarına son qoyulub: “Laçın öz ərazisinə görə ölkənin ən böyük rayonlarından biridir, Azərbaycan üçün çox yüksək iqtisadi potensialı mövcuddur. Bu potensial həm təbii sərvətlər, həm də turizm imkanları olaraq səciyyələndirilir. Laçın sıx meşələri olan əraziyə sahibdir. Oradan 100 kilometrdən uzun olan Həkəri çayı keçir.

Laçının azad olunması Azərbaycanın su resursları ilə təminatına şərait yaradacaq. Ümumiyyətlə, Qarabağ torpaqları çox bərəkətlidir. Laçında istehsal olunacaq kənd təsərrüfatı məhsullarının Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin olunmasında xüsusi rolu olacaq. İşğaldan azad olunan rayonlarımızın hər biri ölkəmizin iqtisadiyyatına öz töhfəsini verib, bunların arasında Laçının da rolu var”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm