Çavuşoğludan Qarabağ çıxışı: 30 ildən sonra...
Bizi izləyin

Qarabağ

Çavuşoğludan Qarabağ çıxışı: 30 ildən sonra...

Qarabağla bağlı razılaşmalar İrəvan və Ankara arasındakı münasibətləri inkişaf etdirə bilər.

Publika.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ATƏT Xarici İşlər Nazirləri Şurasının 27-ci iclasındakı onlayn çıxışında deyib.

Nazir hesab edir ki, Qarabağla bağlı razılaşma 30 illik münaqişənin sonudur: “Dağlıq Qarabağla bağlı əldə olunan razılaşmalar Ermənistanla Türkiyə arasındakı münasibətlərə müsbət təsir göstərə bilər. Azərbaycan, Ermənistan və Rusiya arasındakı razılaşma 30 ildən sonra barışıq üçün həqiqi fürsətdir. Razılaşma regional sabitliyə, eləcə də Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətlərinə mütləq müsbət təsir göstərəcək”.

Xatırladaq ki, Ermənistanla Türkiyə arasında diplomatik münasibətlər yoxdur, iki ölkə arasındakı sərhəd 1993-cü ildən bəri Ankaranın təşəbbüsü ilə bağlanıb.

Ermənistan, Azərbaycan və Türkiyə arasında kommunikasiyaların blokdan çıxarılması Ermənistan, Azərbaycan və Rusiya liderlərinin Qarabağda atəşkəsə dair 10 noyabrda qüvvəyə minmiş üçtərəfli bəyanatı ilə nəzərdə tutulur.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm