• USD 1,7000 0,00% EUR 2,0665 +0,17%
    • GBP 2,3339 +0,50% RUB 0,0227 +0,44%

Azərbaycan xalqının üzərindəki 200 illik buludları dağıtdı - RƏY

Azərbaycan xalqının üzərindəki 200 illik buludları dağıtdı - RƏY

Vətən müharibəsinin Azərbaycan Ordusunun qələbəsi ilə başa çatmasında, ərazi bütövlüyümüzün təmin edilməsində Ali Baş Komandan İlham Əliyevin misilsiz xidmətləri var. Azərbaycanın daxili və xarici siyasət prioritetlərinin düzgün qurulmasına, ordu quruculuğuna böyük diqqət yetirilməsi, xalq-hakimiyyət-ordu birliyinin möhkəmlənməsinə verdiyi töhfə sonda torpaqlarımızın işğaldan azad olunmasına səbəb oldu. Cənab Prezident fəaliyyəti ilə sübut etdi ki, xalqın milli maraqlarına xidmət edir.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. O bildirib ki, Prezident xalqın ona olan etimadını yüksək səviyyədə doğrultdu:

“Ali Baş Komandan Azərbaycan xalqının üzərində 200 ilə qədər olan buludları dağıtdı, bizi qalib xalq etdi. Azərbaycan xalqına qələbə sevincini yaşatdı. O, dünyaya göstərdi ki, Azərbaycan xalqı öz hüquqlarını müdafiə etməyə qadirdir, öz torpaqlarını qorumaq qabiliyyətindədir. Cənab Prezident sübut etdi ki, o, görkəmli dövlət və hərbi xadim, gözəl diplomat və xalqına xidmət etməyi özünün bir nömrəli vəzifəsi hesab edən tarixi şəxsiyyətdir. Ərazi bütövlüyümüz və qələbəmiz təmin edildiyi, milli birlik yaradıldığı, güclü demokratik sosial dövlət yaratdığı üçün xalqımız həmişə ona minnətdar olacaq”.

Aytən Məftun

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR