Ərdoğan Qarabağı bu dəfə Ruhani ilə MÜZAKİRƏ ETDİ
Bizi izləyin

Qarabağ

Ərdoğan Qarabağı bu dəfə Ruhani ilə MÜZAKİRƏ ETDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla iranlı həmkarı Həsən Ruhani arasında telefon danışığı baş tutub.

Publika.az "Anadolu" Agentliyinə istinadla xəbər verir ki, prezidentlər Türkiyə-İran münasibətlərinin inkişaf etdirilməsi və regional prosesləri müzakirə ediblər.

Ərdoğan Dağlıq Qarabağ münaqişəsində artıq yeni bir mərhələyə qədəm qoyulduğunu, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini poza biləcək istənilən hərəkətdən həssaslıqla çəkinməyin vacibliyini vurğulayıb.

O, Qarabağda sülh və sabitliyin yeni fürsətlərə yol açacağını, bunun Ermənistan da daxil olmaqla region ölkələrinin xeyrinə olacağını bildirib.

Türkiyə Prezidenti iranlı alim Möhsin Fəxrizadənin ölümü ilə bağlı da Həsən Ruhaniyə başsağlığı verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm