Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi
Bizi izləyin

Qarabağ

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

44 günlük Vətən müharibəsində şəhid olanların xatirəsinə həsr edilən xüsusi anım günü ilə əlaqədar olaraq Azərbaycanda bir dəqiqəlik sükut olub.

Publika.az xəbər verir ki, canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi saat 12:00-da ölkənin bütün ərazisində bir dəqiqəlik sükutla yad edilib.

Sükut zamanı ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb. Bakı Dəniz Limanında yan alan gəmilər və paytaxt yollarında olan avtomobillər siqnallar verib.

Eyni zamanda, bütün dini ibadətgahlarda (məscidlər, kilsələr, sinaqoqlarda) şəhidlərin əziz xatirəsinə həsr edilən anım mərasimi keçirilir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin və yaralı hərbçilərimizə şəfa versin!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm