Ermənilər terrorçunu Xudavəng monastırına rəhbər təyin etmişdi - Rusiya KİV
Bizi izləyin

Qarabağ

Ermənilər terrorçunu Xudavəng monastırına rəhbər təyin etmişdi - Rusiya KİV

Birinci Qarabağ müharibəsi zamanı Kəlbəcər rayonu işğal edildikdən sonra orada yerləşən Xudavəng monastırına erməni terrorçusu rəhbər təyin edilib.

Bu barədə Rusiyanın "smi6.ru" nəşri yazıb.

Qeyd olunur ki, 1994-cü ildən etibarən Kəlbəcər işğaldan azad edilənədək Ter-Ovanes Ovannisyan monastırın rəhbəri olub. O, 1990-cı illərdə dinc Azərbaycan sakinlərinə qarşı törətdiyi vəhşiliklərlə tanınıb. Onun, Qarabağdakı azərbaycanlılara qarşı etnik təmizləmələrdə iştirak etdiyi deyilib.

İkinci Qarabağ müharibəsi başlayanda da "Ovanes ata" hər kəsi silaha sarılmağa və Azərbaycana qarşı mübarizə aparmağa çağırırdı.

Kəlbəcər azad olunduqdan sonra o monastırı tərk etməyəcəyəni bildirsə də, qısa müddət sonra erməni katolikosu II Qaregin tərəfindən İrəvana çağırılıb.

Qeyd edək ki, dünən Xudavəng monastrının dini varisləri Alban-udin xristian icmasının üzvləri Kəlbəcərdəki Xudavəng monastrında olublar. Din xadimləri monastrda dini ayinlər icra ediblər. Alban-udin xristian icmasının sədr müavini Rafik Danakari Xudavəng monastırının vaizi təyin olunub. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm