Şəhid ailələrinə qayğı hər zaman Prezidentin diqqət mərkəzindədir - Deputat
Bizi izləyin

Qarabağ

Şəhid ailələrinə qayğı hər zaman Prezidentin diqqət mərkəzindədir - Deputat

"44 günlük Vətən müharibəsində nail olduğumuz parlaq qələbəyə vətən, torpaq uğrunda öz canından keçməyə hazır igid oğullarımızın qəhrəmanlığı sayəsində nail olmuşuq. Cəbhəyə qatılmış hər bir igidimizin bir məqsədi olub - torpaqlarımızı işğalçılardan təmizləmək".

Bunu Publika.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, torpağı işğalçılardan azad etmək uğrunda igid oğullarımızın keçdiyi döyüş yolu tariximizə qızıl hərflərlə həkk olunub: "Vətən müharibəsində 2783 şəhid verdik. Şəhidlər ölmürlər. Onlar qanları ilə adlarını əbədiləşdiriblər. Torpaq uğrunda öz canından keçmiş hər bir şəhidimizin xatirəsi xalqımız üçün çox əzizdir. Dövlət başçımızın imzaladığı sərəncamla hər il 27 sentyabrda şəhidlərin xatirəsinin yad edilməsi üçün anım günü qeyd olunacaq. Bu tarix Azərbaycan yaşadıqca əbədi olaraq xatırlanacaq.

Dekabrın 4-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Şəhidlər xiyabanını ziyarət edib, vətən uğrunda canından keçmiş igid oğullarımızın xatirəsinə ucaldılmış memorial abidənin önünə tər qızıl güllər qoyub, baş əyərək öz ehtiramını və məhəbbətini bildiriblər. Saat 12-də isə bütün ölkədə xalqımız 1 dəqiqəlik sükutla Vətənin ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş igid oğullarımızın ruhu qarşısında baş əyərək şəhidlərimizə dərin minnətdarlıq, hörmət, sevgi və ehtiramını bildirib, məscidlərdə, kilsələrdə, sinaqoqlarda şəhidlərin ruhuna ayinlər oxunub, dualar edilməklə anım mərasimləri keçirilib".

Deputat əlavə edib ki, şəhid ailələrinə və yaralılara qayğı hər zaman Prezidentin diqqət mərkəzindədir: "Onların sosial problemlərini dövlət həll edəcək. Hər bir şəhid xalqımızın qəhrəmanıdır. Onların ruhu həmişə bizimlə yaşayacaq və bu gün əldə olunan parlaq qələbəmizə sevinirlər. Bütün şəhidlərimizə uca Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirəm".

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm