"A haber" dünyaya Xocalı soyqırımını xatırlatdı - FOTO
Bizi izləyin

Qarabağ

"A haber" dünyaya Xocalı soyqırımını xatırlatdı - FOTO

Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini həyata keçirmək üçün soyqırımı və terror aktlarından istifadə etməklə dinc əhaliyə qarşı amansız cinayətlər törədib. Bu cinayətlərə göz yuman, baş verənləri sükutla qarşılayan tərəflər bu və ya digər formada Ermənistanın işğalçılıq siyasətinə dəstək veriblər.

Publika.az xəbər verir ki, bu fikirlər Türkiyənin “A haber” telekanalında yayımlanan “Qərbin törətdiyi soyqırımılar” sərlövhəli sənədli-tarixi reportajda ifadə olunub.

İşğalçılıq siyasətləri, istismarçılıq, soyqırımı və deportasiyalar reportajda qitələr və bölgələr üzrə ayrı-ayrılıqda təhlil olunub. Reportajın Ermənistanın bəşəri cinayətlərinə aid olan hissəsində Xocalı soyqırımına xüsusi yer ayrılıb. Şahid ifadələri, Xocalı soyqırımı zamanı lentə köçürülən orijinal foto və videolar əsasında ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri bəşəri cinayətlər tamaşaçılara təqdim olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm