• USD 1,7000 0,00% EUR 2,0271 +0,03%
    • GBP 2,3731 +0,21% RUB 0,0234 +0,43%

Bu, şəhidinə sahib duran ölkə başçısının bütün dünyaya nümunəsidir - RƏY

Bu, şəhidinə sahib duran ölkə başçısının bütün dünyaya nümunəsidir - RƏY

“Şəhid ailələrinə, qazilərimizə dövlət tərəfindən diqqət və qayğı hər zaman göstərilir. Vətənimizin yolunda canını verib, qanını tökən igidlərimizin xatirəsi hər zaman əziz tutulur. Bu baxımdan cənab Prezidentə təmsil etdiyim Qarabağ Seyid Ocaqlarının adından təşəkkür edirəm”.

Bu sözləri Publika.az-a açıqlamasında Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli deyib.

O bildirib ki, ölkə başçısı bir daha Qarabağın fatehi olaraq ölkəmizdə milli-mənəvi, dini dəyərlərin, bütün əsrlərdən gələn toxunulmaz dəyərlərimizin həqiqi təəssübkeşi olduğunu təsdiq etdi: “Prezident İlham Əliyev həbsdə olan şəhid valideynlərinin azadlığa buraxılması ilə bağlı qərarı verməklə şəhid ailələrinin yanında olduğunu, onların diqqətdən kənarda qalmadığını nümayiş etdirdi. Dəqiq məlumatım var ki, yüzlərlə şəhid ailəsi bu xəbəri eşitdikdə digər şəhid ailələrinin, doğmalarının sevincinə şərik olaraq Ali Baş Komandana dua etdi.

Bu, həm də bir nümunədir. Şəhidinə sahib duran ölkə başçısının bütün dünya üçün bir nümunəsi göz özündədir. Çox qürurvericidir. Buna görə Ali Baş Komandan İlham Əliyevə dualarımla təşəkkürümü bildirirəm. Qarabağın fatehinə də bu yaraşırdı və bunu da cənab Prezident etdi”.

Akqabay Mıradov

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR