Guya biz Qarabağı bölmək üçün Türkiyə ilə... - Lavrovdan SENSASİON AÇIQLAMA/VİDEO
Bizi izləyin

Qarabağ

Guya biz Qarabağı bölmək üçün Türkiyə ilə... - Lavrovdan SENSASİON AÇIQLAMA/VİDEO

Video əlavə olunub.

xxx

“İddiaya görə, bu bölgənin bölünməsi mövzusunda Türkiyə ilə razılığa gəlmişik”.

Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov “Russia Today”ə müsahibəsində Qərbin iddialarına cavab verərkən deyib.

O bildirib ki, Qərb Rusiyanı ittiham etmək üçün bir səbəb tapmayanda bu səbəbi özü yaradır.

“İddialara görə, Dağlıq Qarabağa sırf Qərbə qarşı geosiyasi mövqelərimizi gücləndirmək üçün müdaxilə etdik. İddiaya görə, bu bölgənin bölünməsi ilə bağlı Türkiyə ilə razılığa gəldik. Çünki Qərb orada öz mövqeyini gücləndirməsin istədik. Bu, indi Avropada və ABŞ-da, xüsusilə, İngiltərədə hakim olan analitiklərin məntiqi və psixologiyasıdır”, - Lavrov qeyd edib.

Nazir ABŞ Konqresinin Rusiya və Belarusa qarşı sanksiyaları təbliğ etdiyini, Rusiyanın Belarusda “rəngli inqilab” etmək istədiyi iddialarını dilə gətirib: “Beləliklə, hələ bir çox səbəb olacaq, buna əminəm. Qərb yalnız onları axtarmağı deyil, gözdən qaçırmağı da bilir. Qərb həmkarlarımızın mükəmməllik sərhədləri yoxdur”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm