Şuşada erməni əsgəri canlı tapıldı - Putinə məktub ünvanlandı
Bizi izləyin

Qarabağ

Şuşada erməni əsgəri canlı tapıldı - Putinə məktub ünvanlandı

Ermənistanda itkin düşmüş döyüşçülərin qohumları Rusiyanın Ermənistandakı səfirliyi qarşısında toplanıb.

Publika.az xəbər verir ki, onlar rus səfirin köməkçisi ilə görüşüb və Rusiya Prezidenti Vladimir Putinə ünvanlanan məktubu ona təqdim edib.

"Saat 10:00-dan etibarən Rusiya səfirliyinin qarşısında toplaşaraq Prezident Vladimir Putindən əsgərlərimizi tapmağı xahiş edirik. Uşaqlarımızın taleyinə biganə olmayan hər kəsdən əlaqə qurmağı rica edirik" - itkin düşənlərin yaxınları bildirib.

Xatırladaq ki, döyüşlərin getdiyi Qarabağda 13 noyabrdan bəri 802 cəsəd tapılıb. 14 noyabrda isə Şuşa meşələrində bir canlı erməni əsgəri aşkarlanıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm