Qətiyyətli mövqe və yanaşma problemi aradan qaldırdı - Politoloq
Bizi izləyin

Qarabağ

Qətiyyətli mövqe və yanaşma problemi aradan qaldırdı - Politoloq

“Dekabrın 13-də Rusiya sülhməramlıları tərəfindən təqdim edilən yeni xəritə Azərbaycan ictimaiyyətində narazılıq doğurmuşdu. Xalqın bu reaksiyası təbii qəbul olunmalıdır. Çünki xəritə ölkəmizin ərazi bütövlüyü üçün fundamental əhəmiyyət kəsb edir”.

Bu sözləri Publika.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.

Politoloq bildirib ki, Azərbaycan dərhal sülhməramlılarla əlaqə yaradaraq məsələnin ciddiliyini onların diqqətinə çatdırıb və bundan sonra antiterror əməliyyatı keçirərək həmin ərazilər terrorçulardan təmizlənib:

“Öz torpağımızı güzəştə getmək niyyətimiz yoxdur. Azərbaycan öz torpaqlarını şəhidlərinin qanı, ordusunun rəşadəti bahasına əldə edib, işğaldan azad edib. Odur ki, bizim belə məsələlərə xüsusi həssaslıq nümayiş etdirməyimiz hər kəs, o cümlədən də Rusiya tərəfindən kifayət qədər təbii qəbul olunmalıdır. Qətiyyətli mövqe və yanaşma tez bir zamanda problemin aradan qaldırılmasına zəmin yaratdı. Əminəm ki, bundan sonra belə yanlışlıqlara yol verilməyəcək və sülhməramlı missiyasının fəaliyyəti üzərinə kölgə sala biləcək heç bir addım atılmayacaq”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm