Zakir Həsənov Sergey Şoyquya başsağlığı verdi
Bizi izləyin

Qarabağ

Zakir Həsənov Sergey Şoyquya başsağlığı verdi

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyquya başsağlığı ünvanlayıb.

Publika.az xəbər verir ki, başsağlığında deyilir:

“Şuşa şəhərinin yaxınlığındakı yol sahəsini minalardan təmizləyərkən Rusiya Federasiyası Silahlı Qüvvələrinin zabitinin həlak olması xəbəri məni dərindən kədərləndirdi. Azərbaycan Ordusunun şəxsi heyəti və şəxsən öz adımdan həlak olan zabitin ailəsinə, əzizlərinə və yaxınlarına başsağlığı verirəm. Baş vermiş faciədən Sizinlə birlikdə kədərlənirik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm