Silahlı Qüvvələrimiz Ermənistan ordusunu neçə PUA ilə məhv edib? - Dünya mətbuatından ŞOK YAZI
Bizi izləyin

Qarabağ

Silahlı Qüvvələrimiz Ermənistan ordusunu neçə PUA ilə məhv edib? - Dünya mətbuatından ŞOK YAZI

“Azərbaycan 6 ədəd “Bayraktar” ilə Ermənistan ordusunu yox etdi”.

Publika.az xəbər verir ki, bu sözlər Fransanın “Le Monde” nəşrinin məqaləsində yer alıb.

Türkiyə istehsalı olan silahlı piltosuz uçuş aparatlarının Dağlıq Qarabağdakı müharibədə uğurunu qələmə alan nəşr bildirib ki, Suriya və Liviyada olduğu kimi Qarabağda da Rusiyanın hava hücumundan müdafiə sistemləri çarəsiz qalıb: “Silahlı PUA-lar gələcəkdə müharibələrin necə olacağını göstərir. Avropa bundan dərs götürməlidir”.

Qeyd edək ki, bundan əvvəl Fransanın “Liberation”, İtaliyanın “La Repubblica” qəzeti türk PUA-ları ilə bağlı məqalə yayımlamışdı. “La Repubblica” məqaləni Türkiyə Prezdenti Rəcəb Tayyib Ərdoğanın fotosu ilə nəşr edərək “PUA-ların Əfəndisi” manşetini atmışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm