Azərbaycan Ordusunun bölmələri döyüş atışları keçirir - FOTO/VİDEO
Bizi izləyin

Qarabağ

Azərbaycan Ordusunun bölmələri döyüş atışları keçirir - FOTO/VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq sərt hava şəraiti və müxtəlif relyefli ərazilərdə hərbi qulluqçuların döyüş hazırlığı üzrə praktiki dərsləri keçirilir.

Publika.az xəbər veriri ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Dərslərdən əvvəl təlim sahələrinin rəhbərləri praktiki məşqlərə cəlb olunan şəxsi heyəti təhlükəsizlik qaydaları, atışın şərtləri və digər tələblərlə tanış ediblər.

Hərbi qulluqçular şərti düşmən hədəflərinə atıcı silahlardan atəş açır və digər praktiki tapşırıqları icra edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm