Çavuşoğludan SON DƏQİQƏ Qarabağ açıqlaması
Bizi izləyin

Qarabağ

Çavuşoğludan SON DƏQİQƏ Qarabağ açıqlaması

Dağlıq Qarabağda Türk-Rus Birgə Mərkəzi tezliklə fəaliyyətə başlayacaq.

Publika.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu rus həmkarı Sergey Lavrovla birgə mətbuat konfransı zamanı açıqlayıb.

Onun sözlərinə görə, “Altılıq” formatı daxil olmaqla Türkiyə bütün mənbələrini Qarabağ üçün səfərbər edib.

“Bütün çətinliklərə rəğmən, cənab Əliyev Ermənistana sülh əlini uzatdı. Biz Dağlıq Qarabağla bağlı işlərimizi Azərbaycanla birgə gerçəkləşdirəcəyik. Qarabağda atəşkəs təsis edildi. Rusiyanın sülhməramlı qüvvələri meydandadır. Birgə mərkəzimiz də qurulur. Məqsədimiz davamlı sülh və sabitlikdir. “Altılıq” formatı daxil olmaqla bütün imkanlarımızı səfərbər etməliyik. Türkiyə-Ermənistan, Azərbaycan-Ermənistan olaraq münasibətlərimizi normallaşdıra bilərik. Rusiya ilə burada əməkdaşlığımız əhəmiyyət kəsb edir. Elə bir nəticə görmək istəyirik ki, hazırda orada sülhü təsis etmək və monitorinq aparmaq üçün yaratdığımız missiyalara qarşıdakı dövrdə ehtiyac qalmasın. Bölgədə yalnız iqtisadi və infrastruktur fəaliyyətimizin davam etməsini istəyirik”, - nazir bildirib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm